Site icon Aznews TV

Qəzvində etiraz aksiyası keçirilib

İran Azad İşçilər Birliyinin verdiyi məlumata görə, avqustun 2-də Qəzvinin yuyucu maddələr istehsal edən “Tolipres” zavodunun işçiləri etiraz aksiyası keçiriblər.

Onlar 6 aydır əmək haqlarının verilməməsindən, bununla bağlı müraciətlərinin cavabsız qalmasından narazılıqlarını bildiriblər.

Etirazçılar zavodun yerləşdiyi ərazidən əyalət valiliyinin binasına doğru yürüş keçirib.

Onlar məsul şəxslərin onların problemləri ilə bağlı tədbir görmələrini istəsələr də, rəsmilərdən kimsə onları qəbul etməyib.

 

Exit mobile version