İdmanİran

Qəzvinli yeniyetmələr müsabiqədə böyük uğur əldə etdilər

Əslən, qəzvinli olan yeniyetmələr 4-cü Dünya Taekvondo Çempionatında böyük uğur əldə ediblər.

64 ölkədən 550 taekvondoçunun iştirakı ilə keçirilən müsabiqədə Qəzvindən olan soydaşlarımız, Mobina Bəxşinejad və Pərnia Telmani qızıl, Məhəmməd Mehdi Tahirxani isə bürünc medalı qazanıb.

Həmçinin, Qəzvindən olan Zeynəb Tumarı tapancadan atıcılıq üzrə milli yığmanın komandasına dəvət edilib. Müsabiqələr 11 – 12 avqust tarixlərində Tehran şəhərində keçirilməlidir. Əlvənddən olan idmançı Aryən Əfraz 52 kq çəkidə 19 avqustdan etibarən Bruneydə keçiriləcək “Asiya Çempionluq Müsabiqələri” üçün milli komandanın tərkibində olacaq.

Qeyd edək ki, Əlvənd kəndi mərhum ustad Əbülhəsən Xan İqbal Azərin doğulduğu kənddir. Kənd indi böyük şəhərə çevrilib və İranın ən irimiqyaslı sənayesi həmin şəhərin yaxınlığında yerləşən sənaye şəhərciyində yerləşir.

Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button