Site icon Aznews TV

Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb

“ANT” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra həlak olan İsrail hərbçilərinin ümumi sayı 630-a çatıb.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.

Exit mobile version