Site icon Aznews TV

Qəzzada ölənlərin sayı 12 min nəfəri keçib

Bu məlumatı Qəzza hökumətinin mətbuat xidməti yayıb.

“İsrailin bombardmanları və atəşi nəticəsində ölənlərin sayı 12,3 mini ötüb, onlardan 5 mindən çoxu uşaq və yeniyetmə, 3,3 mindən çoxu qadınlardır”, – mətbuat xidmətinin Facebook səhifəsində dərc etdiyi bəyanatda deyilir.

Hesabat dövründə sektorda 30 mindən çox insan xəsarət alıb ki, onların da ən azı 75%-i uşaq və qadınlardır. İsrailin bombardmanları zamanı uçan binaların dağıntıları altında 6 mindən çox adam itkin düşmüş hesab olunur.

Exit mobile version