
“ANT” xəbər verir ki, bu barədə diplomat BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“ABŞ, Böyük Britaniya və Fransa Rusiyanın İsrailin vəhşiliyini pisləyən təklifini bloklayıblar”, – İrəvani çıxışında vurğulayıb.
Xatırladaq ki, daha əvvəl BMT TŞ-nin dövri sədri Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski HƏMAS hərəkatının Siyasi Bürosunun rəisi İsmayıl Həniyənin İranda öldürülməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası (TŞ) iyulun 31-də fövqəladə iclas keçirəcəyini açıqlamışdı.
İ.Həniyə iyulun 31-də İranın paytaxtı Tehranda öldürülüb. O, İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.