Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

Qərb ölkələri İrana qarşı qətnamə hazırlayır; Tramp razılaşmağa ümid edir

 Reuters-in məlumatına görə, ABŞ və üç Avropa ölkəsi Beynəlxalq Atom Enerjisi Agentliyində İranın təhlükəsizlik öhdəliklərinə əməl etmədiyini bəyan edən qətnamə qəbul etməyə hazırlaşır.

Amerika prezidenti Donald Tramp isə deyir ki, Amerika və İran yaxın gələcəkdə Tehranın nüvə danışıqları ilə bağlı ziddiyyətləri həll etmək üçün razılığa gələ bilər.

“İranhavaya uçmaq-partlamaq istəmir, ona görə də onlar sövdələşməyə üstünlük verəcəklər və məncə, bu, çox da uzaq olmayan gələcəkdə baş verə bilər. Yaxın Şəerqdə bombalar partlamadan belə sövdələşmə əldə edə bilsək bu çox gözəl olardı.” – deyə Tramp bildirib.

Donald Tramp İranın nüvə silahına yiyələnməsinə göz yummayacaqlarına bir daha diqqət çəkib.

“Onların nüvə silahı ola bilməz. Qoy onlar çox gözəl və uğurlu ölkə olsunlar. Ancaq nüvə silahı olmadan, bu mümkün deyil.” – deyə o bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button