Site icon Aznews TV

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

Qəsim Osmani Qərbi Azərbaycan Əyalətinin İnzibati Şurasında iddia edib ki, əyalət əhalisinin 50 faizi kürdlərdir və buna görə də idarəçilik vəzifələrinin 50 faizi kürdlərə verilməlidir.

Qərbi Azərbaycanın valisi Rza Rəhmani də buna cavab olaraq deyib ki, İranın 50 faizi türklərdən ibarətdir, lakin ölkədəki idarəçilik vəzifələrinin 50 faizi türklərə verilmir.

Qərbi Azərbaycanın əhalisinin təxminən20 faizi kürdlərdən ibarətdir.

Bu sözlərdən sonra Qəsim Osmani susub başını aşağı saldı.

Qeyd edək ki, Məhəmməd Qəsim Osmani əvvəllər dəfələrlə Qərbi Azərbaycana türk valisinin seçilməsinə qarşı çıxmış və yerli və türk vali seçilməsinin tərəfdarı olanları pantürklər adlandırmışdı.

Exit mobile version