Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Azərbaycanİran

Qərbi Azərbaycan valisi: Urmiya gölünün bərpası üçün son 10 ildə heç bir təsirli iş görülməyib

Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani konfransda Urmiya gölünün Bərpa Komitəsinin fəaliyyətinin tənqidinə cavab olaraq maarifləndirmənin zəruriliyinə toxunub və deyib: “Keçmişdə gölə birbaşa cavabdeh olan bəzi insanlar bu gün sadəcə tənqidçiyə çevriliblər. Halbuki, onlar əvvəlcə keçmiş fəaliyyətlərinə görə cavab verməlidirlər”.

Rəhmani Bərpa Komitəsinin qərarlarına istinad edərək deyib: “Ümumi 27 əsas qərardan yalnız 30 faizi yerinə yetirilib və son 10 ildə Urmiya gölünün bərpası üçün heç bir təsirli iş görülməyib”.

Qeyd edək ki, son 10 ildə İran rejimi ərbi Azərbaycanı kürdləşdirmək məqsədilə müxtəlif bölgələrdən kürd vali yəni Məhəmməd Mehdi Şəhriari və Sadiq Mötəmediyanı bu vilayətə vali təyin etmişdi.  Onlar da gölün bərpasına maraqlı deyildirlər. Ona görə də molla rejimin Urmiya gölünü bəra etmək istəyi olmadığı üçün bu sahədə ciddi addım atılmayıb.

Related Articles

Bir cavab yazın

Back to top button