Site icon Aznews TV

Qərbi Azərbaycan valisinin əyalət sakinlərinin rifahı barədə çıxışı etirazla qarşılanıb

Qərbi Azərbaycan əyalətinin valisi Məhəmmədsadiq Mtəmediyanın əyalətin sərvətləri və əyalət sakinlərinin rifahı barədə çıxışı etirazlara səbəb olub.

Sosial media istifadəçiləri valinin “Qərbi Azərbaycan zəngin və firavan əyalətdir və heç bir məhrum bölgəsi yoxdur” ifadəsini ağ yalan adlandırıb və ondan bölgənin müxtəlif sahələrdə geri saxlanılması ilə bağlı statistikalara müraciət etməsini istəyiblər.

Qərbi Azərbaycanda işsizlərin sayı ilə bağlı may ayında açıqlanan rəsmi statistikada işsiz sayının 13.3% olduğu göstərilib.

Qərbi Azərbaycan əyalətinin İdman və Gənclər İdarəsinin başçısı Səccad Bayrami hal-hazırda Qərbi Azərbaycanda adambaşna düşən idman sahəsinin 62 santimetr olduğunu, bununla da əyalətin bu göstəriciyə görə 31 ostan arasında 25-ci yeri tutduğunu söyləyib.

Qərbi Azərbaycan əyalətinin Məktəblərin Təmiri, İnkişafı və Texniki Təchiz İdarəsinin başçısı Qəhrəman Rəhmani mediaya verdiyi müsahibədə əyalətdə 4500 dərs otağının çatışmadığını deyib.

O, ölkə üzrə adambaşına düşən təhsil sahəsinin ortalama 8.39 kvadratmetr təşkil etdiyini, bunun Qərbi Azərbaycanda 4,1 kvadratmetr olduğunju və əyalətin bu sahədə ölkə üzrə ən geri qalmış bölgələrdən sayıldığını qeyd edib.

Əyalətin Təhsil İdarəsinin nümayəndəsi Sepide Təyyib Qasimi Qərbi Azərbaycan əyalətinin təhsil göstəriciləri üzrə İranda 31 əyalət içində 29-cu yeri tutduğunu bildirib.

Bununla yanaşı halz-hazırda rəsmi statistikaya əsasən Qərbi Azərbaycanda ən azı 700 min nəfər gecəqondularda yaşayır.

Məhəmmədsadiq Mötəmediyanın rifah səviyyəsinin yüksək olduunu iddia etdiyi Qərbi Azərbaycanda minlərl layihə yarımçıq saxlanılıb, yol, infrastruktur olmadığı üçün yüzlərlə kənd boşalıb.

Qeyd edək ki, miliyyətcə kürd olan Məhəmmədsadiq Mötəmediyan İran İnqilab keşikçilərinin komandirlərindəndir.

Exit mobile version