Site icon Aznews TV

Qərbi Azərbaycanda 48 kilo narkotik vasitə aşkar edilib

Avqustun 2-si Qərbi Azərbaycan əyalətində yerləşən kəndlərdən birində polis tərəfindən böyük həcmdə narkotik maddə aşkar edilib.

Aznews.tv xəbər verir ki, polis tərəfindən aşkar edilən morfiumun çəkisi 48 kilo gəlib.

Narkotik vasitənin aşkar olduğu yerdə bir kəsin olmadığı üçün heç kim saxlanılmayıb.

Hal-hazırda qanunsuz vasitənin kimə aid olduğunu müəyyən etmək istiqamətində işlər davam etdirilir.

Aznews.tv

Exit mobile version