Site icon Aznews TV

Qərbi Azərbaycanda autizmli uşaqların sayı artıb

Qərbi Azərbaycan əyalətinin Rifah İdarəsinin başçısı Pərvin Məhəmmədipur mediaya verdiyi açıqlamada əyalətdə autizmli uşaqların sayının artdığını deyib.

Hal-hazırda 458 autizmli uşağın qeydə alındığını deyən Məhəmmədipur onlara qayğı göstərmək və müalicə etmək üçün yetərli imkanlarının olmadığını bildirib.

“Əyalətdə autizmli uşaqların qayğısına qalan 3 qeyri-hökumət mərkəzinin olmasına baxmayaraq. Xərclərin olduqca ağır olması səbəbindən yalnız 120 uşağa qayğı göstərmək mümkün olur”-deyə, Rifah İdarəsinin başçısı büdcə çatışmazlığından gileylənib.

Exit mobile version