Site icon Aznews TV

Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

Qərbi Azərbaycanda son 24 saatda 369 nəfər koronavirusa yoluxub. Beləliklə, vilayətdə Kovid-19 mərizlərinin ümumi sayı 109 min 617 nəfərə çatıb. Bu barədə Qərbi Azərbaycan Tibb Elmləri Danişqahının rəisi bilgi verib. Cavad Ağazadə son 24 saatda 4 nəfərin koronavirusdan öldüyünü bildirib. Bununla da təhlükəli virusdan ölənlərin sayı 3 min 569 nəfərə çatıb. Hazırda 475 nəfər mərizaxanada müalicə alır. Onlardan 135-i ICU bəxşinə yerləşdirilib, 36 nəfər isə məsnoi tənəffüs dəstqahına qoşulub. Ağazadə mərizaxanaya yerləşdirilənlərin sayında dey ayı ilə müqayisədə 2,5 dəfə artım olduğunu qeyd edib.

Exit mobile version