
İzdihamlı yolda hadisə enişi edən uçağı maşın vurub.
Hadisə ilə bağlı görüntüləri “Fox News” telekanalı yayımlayıb.
Məlumata görə, hadisə Amerikanın İllinoys əyalətinin Rokford şəhərində baş verib.
79 yaşlı xələban Ceyms Sibelin sözlərinə görə, uçaq havaya qalxdıqdan beş dəqiqə sonra mühərrik sönüb.
O, uçağın idarəetməsini itirib və uçaq izdihamlı yola eniş edib. Həmin vaxt “Chevrolet Impala” markalı maşının sürücüsü gözlənilməz hadisəyə vaxtında əksul-əməl verə bilməyib və otomobil uçağın qanadına çıxıb.
Hadisə nəticəsində sürücü yüngül stresslə mərizxanaya yerləşdirilib.