İran

İran Təhsil Nazirliyi minlərlə mollanı işə götürdü

İran Təhsil Nazirliyi "Əmin" layihəsi çərçivəsində 26 min dini təhsil alan tələbəni işə götürüb.

Bu barədə təhsil nazirinin müşaviri və Dini Universitetlər və Təhsil Əməkdaşlıq Qərargahının katibi Həmid Nikzad məlumat verib.

İşə götürülən gənc mollalar məktəb və təhsil ocaqlarında əsasən ideolojik təbliğatla məşul olacaqlar.

Qeyd edək ki, bundan öncə İran təhsil naziri Yusif Nuri ölkədə 40 mindən çox müəllim çatışmazlığı olduğunu desə də, parlamentin təhsil komissiyası müəllim çatışmazlığının daha çox olduğunu bildirib.

Müəllimlərin yetişdirilməsi və işə götürülməsi əvəzinə mollaların təbliğatçı kimi işə götürülmələri təhsil işçiləri tərəfindən narazılıqla qarşılanıb.

Related Articles

Bir cavab yazın

Back to top button