Site icon Aznews TV

Qəzvin Müəllimlər Birliyinin İdarə Heyətinin üzvü həbs edilib

Qəzvin Müəllimlər Birliyinin İdarə Heyətinin üzvü azərbaycanlı müəllim Süheyla Zalbeygi İran İnqilab Keşikçiləri Korpusunun Təhlükəsizlik və Kəşfiyyat bölməsi tərəfindən saxlanılıb.

Noyabrın 17-də adı çkilən bölmədən azərbaycanlı müəllimə zəng edilərək bir sıra suallara cavab vermək üçün dəvət olunub və o İdarəyə getdikdən sonra saxlanılıb.

Süheyla Zalbeygiyə qarşı ittihamlar irəli sürülüb, o, məhkəməyə aparılıb və qısa zaman ərzində zindana köçürülüb.

Exit mobile version