Site icon Aznews TV

Qəzvin xəstəxanalarının 80%-i istifadəyə yararsızdır

Qəzvin şəhərinin İran parlamentindəki nümayəndəsi Fatimə Məhəmmədbeygi səhiyyə problemlərindən danışaraq Qəzvin əyalətində mövcud olan xəstəxanalarının 80%-nın istifadəyə yararsız olduğunu deyib.

“Əyalətdə fəaliyyət göstərən xəstəxanaların 80%-i köhnə və qəzalı vəziyyətdə olduğu üçün təhlükəli sayılır. əlaqədar qurumlar fəlakət baş vermədən əyalətin tibb ocaqlarının yenilənməsinə başlamalıdırlar”-deyə, millət vəkili bildirib.

O, eyni halda qanunda nəzərdə tutulan maddələrin icra olunmadığına diqqət çəkib və səhiyyə sahəsidə daxil olmaqla bir çox problemlərin məsulların qanuna əhəmiyyət verməmələri ilə bağlı olduğunu qeyd edib.

Exit mobile version