Site icon Aznews TV

Qəzvində etiraz aksiyalarında öldürülən Cavad Heydərinin qardaşı həbs edilib

“Amerikanın səsi”nin verdiyi məlumata görə, Cavad Heydərinin bacısı Fatimə Heydəri öz “Twitter” hesabında qardaşının onun işi ilə əlaqədar məhkəməyə getdiyi zaman həbs olunduğunu açıqlayıb.

O, həmçinin öz tvitində yazıb ki, anası da Məhəmmədin durumundan xəbərdar olmaq üçün məhkəməyə gedib, lakin “onu itələyərək qovublar”.

Xanım Heydəri, həmçinin bildirib ki, Məhəmmədin vəkili belə məhkəməyə buraxılmayıb.

Fatimə Heydəri sentyabrın 22-də bu şəhərin Iran rejiminə qarşı xalq etirazları zamanı həyatını itirən Qəzvin əyalətinin türk qurbanlarından olan Cavad Heydərinin bacısıdır.

Fatimə Heydərinin dediyinə görə, onun qardaşı arxadan və güllə ilə vurulub.

Cavad Heydərinin atası Əlipənah Heydəri də “Amerikanın səsi” radiosunun fars bölümünə verdiyi açıqlamada oğlunun arxadan güllələndiyini deyib.

“Hökumət məmurları oğlumu kürəyindən vurdular. Onun xəstəxanaya çatdırılması və əməliyyat olunmasına icazə vermədikləri üçün Cavad qanaxmadan həyatını itirdi”,- deyə, ata bildirib.

Exit mobile version