Site icon Aznews TV

Qəzvində iki azyaşlı erkən nikaha məcbur edilib

Yayılan bilgilərə görə, Qəzvində 11 yaşlı iki qız erkən nikaha məcbur edilib. İranın Amar Mərkəzinin yayımladığı bilgidə bu ilin yazında 10-14 yaşları arasında 7 min azyaşlının ailə qurduğu qeyd olunub. Bildirək ki, İranda azyaşlıların erkən nikahı geniş yayılıb. Ölkə qanunlarına görə, 18-dən aşağı yaş həddi azyaşlı hesab olunsa da, onların nikahı baş tuta bilər. İllərdir İran Məclisi qızların nikah yaşının 15-ə qaldırılması ilə bağlı çalışır. Qeyd edək ki, İranda qızların nikah yaşı 13, oğlanların isə 15-dir. Ancaq ailələrin izacəsi ilə azyaşlıların evliliyi gerçəkləşdirilir.

Exit mobile version