Site icon Aznews TV

Qəzza zolağında İsrailin daha iki hərbçisi ölüb

Aznewstv xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Məlumata görə, döyüşlərdə ölənlər ehtiyatda olan gizirlər – 32 yaşlı Zaxariya Pesax Xaber, o biri isə 34 yaşlı Yair Katsdır.

Bildirilib ki, bununla da oktyabrın 31-dən yanvarın 17-dək Qəzza zolağında döyüşlərdə ölən İsrail hərbçilərinin sayı 192-yə yüksəlib. Oktyabrın 7-dən – HƏMAS İsrailə hücum edəndən indiyədək ölən israilli hərbçilərin sayı isə 526-ya çatıb.

Exit mobile version