Site icon Aznews TV

Qadınların iştirakı üçün 5 stadiona lisenziya verilib

Siyahıda Güney Azərbaycanın Təbriz şəhərinin “Yadqar İmam” stadionun adı da var.

Təbriz şəhəri “Yadqar İmam”, İsfahan şəhəri “Nəqş Cahan”, Əhvaz şəhəri “Fulad Şəhidləri”, Tehran şəhəri “Azadi” və Sircan şəhəri “Süleymani” stadionlarında qadınların iştirakı üçün lisenziya verilib.

İranın Premyer Liqasının ilk həftəsi qarşıdakı dördüncü və beşinci günlərdə keçiriləcək. Liqada 16 komanda iştirak edir.

Əvvəlcədən müəyyənləşdirilmiş planlara, habelə Liqa Təşkilatı və Futbol Federasiyasının müvafiq orqanlarla məktublaşmalarının nəticəsi olaraq, liqanın ilk həftəsində qadınlar 5 stadionda öz komandalarına azarkeşlik edə biləcəklər.

Exit mobile version