AzərbaycanDünyaİran

Urmiyə gölü ekoloji fəlakəti ilə bağlı Güney Azərbaycan təşkilatlarından beynəlxalq təşkilatlar və dünya ictimai rəyinə məktub

Güney Azərbaycan təşkilatlarından beynəlxalq təşkilatlar və dünya ictimai rəyinə məktub

Beynəlxalq təşkilatlara və dünya ictimai rəyinə müraciət;İran İslam rejiminin fəsada boğulmuş idarəçiliyi ucbatından İran bir çox böhranlarla qarşı qarşıyadır ki, bunlardan ən önəmlisi çevrə və su böhranıdır. Bu gün İranın bir çox yerlərində qeyri-elmi və korrupsiyaya uğramış idarəçilik səbəbindən ekoloji problemlər həyati əhəmiyyət kəsb edib və artıq idarə ola bilməyəcək hal alır.

İranda ən kritik və acil ekoloji və su böhranı, daha dəqiq desək, fəlakət Güney Azərbaycanda Urmiyə gölü faciəsidir.

Bir çox elmi araşdırma və hesabata görə, Urmiyə gölünün qurumasının az bir hissəsi qlobal istiləşmə, daha çox hissəsi isə su qaynaqlarının yanlış idarə olunması ilə bağlıdır. Mütəxəssislərin fikrincə, içində milyardlarla ton duz olan Urmiyə gölünün quruması milyonlarla insanı köç etməyə məcbur edəcək və illər ərzində yüzlərlə şəhər, qəsəbə və kəndin, xüsusən də güney Azərbaycanın mərkəzi Təbriz şəhərinin boşalmasına səbəb olacaq.  Çünki insanların çölləşmə və xəstəliklərə görə həmin bölgədə yaşamaq imkanı olmayacaq. Bu, Güney Azərbaycanda köç hədəfi olan bölgələrdə böyük insani böhran deməkdir.

Məsələnin digər tərəfi də budur ki, faktlara əsasən, İran İslam rejimi digər məsələlərdə olduğu kimi çevrə və su böhranı ilə bağlı həyata keçirdiyi tədbirlərdə də milli və coğrafi ayrıseçkilik tətbiq edir. O əsas diqqəti ölkənin mərkəzi əyalətlərinə yönəldir və qeyri-fars etnik bölgələrində yetərli önləyici tədbirlər görmür. Faktiki olaraq bəzi hallarda ekoloji böhranlardan etnik qruplara qarşı təzyiq elementi kimi istifadə edərək, onları köçməyə məcbur edir, xüsusən Əhvaz Ərəb bölgəsi və Güney Azərbaycanda bu məsələni görmək mümkündür. Güney Azərbaycanın bir çox insan haqları, mədəni, siyasi və çevrə fəalları İran İslam rejiminin Urmiyə gölünün qurumasına qarşı təsirli tədbirlər görmək istəməməsinin rejimin bölgənin etnik tərkibini dəyişmək istəyi ilə əlaqəli olduğunu düşünür.

Biz Güney Azərbaycan təşkilatları olaraq beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə bir daha səslənirik;

Güney Azərbaycanda ekoloji fəlakət var və yaxın illərdə bu ekoloji fəlakət insani böhrana çevriləcək. Şübhəsiz ki, bu ekoloji və insani böhranın qurbanı təkcə Güney Azərbaycan deyil, İranın digər əyalətləri və region ölkələri d ə  olacaq. Bu səbəbdən beynəlxalq təşkilatları və dünya ictimai rəyini İran rejiminə təzyiq göstərməyə və İrandan ayrı-seçkilik siyasətini bir kənara qoyaraq Urmiyə gölü ilə bağlı təsirli tədbirlər görməsini yüksək səslə tələb etməyə çağırırıq. Əks halda, Güney Azərbaycanda və ətraf bölgələrdə  ekoloji və insani böhranın qarşısını almaq üçün çox gec olacaq.

Azərbaycan Mərkəz Partiyası
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP

Göndərilənlər:
UNEP
WWF
Greenpeace
Climate Foundation
Global Footprint Network
Friends of the Earth
Earthjustice
Green Cross

* Referanslar:
https://wedocs.unep.org/handle/20.500.11822/40891

https://www.frontiersin.org/articles/10.3389/fenvs.2021.603916/full
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC9719577/

https://link.springer.com/article/10.1007/s40333-023-0054-z

https://www.academia.edu/28592212/The_Role_of_Dams_In_Drying_Up_Lake_Urmia_and_Its_Environmental_Impacts_on_Azerbaijani_Districts_of_Iran

https://www.researchgate.net/publication/320587612_The_Investigation_of_Lake_Urmia_Drying_Trend_and_Its_Important_Consequence_on_the_Surrounding_Settlements
@tvaznews

Frontiers

Why is Lake Urmia Drying up? Prognostic Modeling With Land-Use Data and Artificial Neural Network

Lake Urmia (LU) is considered as the largest salt water lake in Iran and has severe restrictions on water resources and becoming a salt lake increasingly. The LU drought …

Related Articles

Bir cavab yazın

Back to top button