Araşdırma & TəhlilƏtraf Mühitİran

Qaradağ yanğınlarının günahkarı 3 kənd sakinidirmi?

3 kənd sakini 600 hektardan çox meşə yanğınının günahkarı kimi günahlandırılır, məsələ də beləliklədə bitir!

Şərqi Azərbaycan Ədliyyə rəisi Musa Xəlilullahi Qaradağ yanğınları ilə bağlı kənd sakini olan 3 nəfəri meşələrə qəsdən od vurmaqda ittiham edərək saxlanıldıqlarını bildirib.

Həmin xəbərin məlumatında 3 nəfəri otlaq ərazilərini genişləndirmək məqsədi ilə meşələrə od vurması bildirilir. Həmçinin, yanğının uzadılmasında da bu 3 nəfərin ittiham edildiyi bildirilir.

Məsələnin aydınlanması üçün bu bölgədə baş verən yanğınları araşdırdıq. Əlbəttə, öncəliklə baş verən hadisənin amilini axtaran məhkəməni alqışlayırıq, amma..:

Yanğınlarda bizə məlum olan ilk məsələ bundan ibarətdir ki, baş verən bütün yanğınların söndürülməsində yerli əhali yardım etmişdir. Hətta yardım edən yerli əhalinin bir neçə nəfəri yanğınları söndürərkən bədən hissələrinin yanması nəticəsindən günlərlə xəstəxanada yatdığı hallar da yaşanıb.

Ayrı bir məsələ daha var, o da bu yanğın ilk dəfə baş vermir. Bir sual yaranır; bundan öncə baş verən yanğınlarda kimlər, hansı məhkəmədə mühakimə edilib? Heç kimsə bu sualın ən doğru cavabıdır. Əlbəttə, ola bilər baş verən yanğınların səbəbi hər kəsdən gizli qalıb.

Daha bir sual yaranır: Bəs həmin meşələrin yanğınının səbəbinin 2017-cı ilin 5-ci ayında Kəleybər şəhərinin şəhərdarisi olduğu sübut edilmişdir. Həm də bir neçə dəfə. Onlar mühakimə edilmədilər? Əlbəttə, bu sualın cavabını millət özü verməlidir.

Yanğınların uzadılması barədə Kəleybərin millət vəkili Qulu Allahqulizadə dedi ki, şimal-qərb ustanlarının 4-də 1 helikopter belə yoxdur. Cənab Xəlillullahi bu barədə nədən mərkəzçi siyasəti mühakimə etmir? Yanğınlar hansı şəxsin və ya hansı amilin olduğu bilinməsə də, 1 həftədən çox davam etməsinin amili gün kimi hər kəsə aydındır.
Hansı ki, bu ərazilər milli olaraq mühit zist sazmanı tərəfindən qorunmaqdadır. Yanğınların 4 gün davam tapmasından sonra ilgili məsullar hadisə yerinə göndərildilər. Nəhayət, yanğınlarla bağlı bir başa bir neçə qüsurlu olan məsullardan kim mühakimə edildi, hansı məhkəmədə?

Related Articles

Bir cavab yazın

Back to top button