Cəmiyyətİran

Qaradağda şagirdlərin həyatı təhlükədədir

Qaradağın bəzi kəndlərində mədrəsələr təhsil almaq üçün uyğun şəraitdə deyil.

Aznews.tv xəbər verir ki, dərs sinifləri istilik sistemləri ilə təchiz olunmayıb. Şagirdlər odun sobasından istifadə edərək isinirlər. Bəzi hallarda qonşu kəndlərə gedirlər. Bir sinifdə 1-5-ə qədər sinif şagirdləri bir yerdə təhsil alır.

“Şagirdlərin bir çoxu 2-3-4-cü sinif şagirdləri olsalar belə adlarını yazmağı bacarmırlar. Onlar Allahın ümidinə qalıblar. Kəndin nə yolu var, nə qazı, nə də nefti. Yaranan bu vəziyyət isə onların hətta canlarını da təhlükəyə salır. Şagirdlərin oxuduqları dərs siniflərinin divarları uçmaq üzrədir”, – Kəleybərin Ərzin kəndinin müəllimi bu barədə danışarkən deyib.

Qeyd edək ki, Azərbaycanın kəndləri baxımsız durumda olduğu üçün sakinlər əsasən Tehrana köçürlər. Bu səbəbdən kəndlərin əhalisi azalır. Nəticədə isə 2-3 nəfər şagirdi olan kəndin də şagirdləri ya təhsildən məhrum qalır, ya 5-ci sinifə kimi oxuya bilir, ya da təhsilini davam etdirmək üçün başqa kənd və ya şəhərə getmək məcburiyətində qalırlar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close