Site icon Aznews TV

Qaşqay fəal Xosrov Bahaduri Qaşqayi girov qarşılığında zaminə buraxılıb

Qaşqay türk icmasına mənsub olan siyasi fəal cümə axşamı günü mülki zəmanət qarşılığında azad edilib.

Şiraz Universitetinin siyasi elmlər namizədinin “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” və “İslam Respublikası nizamına qarşı təbliğat fəaliyyəti göstərmək”-də ittiham edildiyi bildirilir.

Xosrov Bahaduri Qaşqayi mart ayının ilk həftəsində nəzarət altına alınıb və Şirazın Adilabad həbsxanasına göndərilmişdi.

Fəal nəzarət altına alındığı zaman İranın təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalıb.

Exit mobile version