
Bu gənclər Qaşqayların kimliyi və mədəniyyətinin qorunub saxlanmasını vurğulayaraq, öz millətlərinin tarixinə və şərəfinə hörmət edilməsinə çağırıb və Qaşqay xalqının müqaviməti və birliyinin hər cür təhqir, təhrif və hücuma qarşı möhkəm sədd olacağını bəyan ediblər. Onlar bütün türkləri və mədəniyyət mütəxəssislərini öz varlığı və dəstəyi ilə Qaşqay millətinin şərəfli səsini dünyaya çatdırmağa çağırıblar.
Qeyd edək ki, vaxtilə qaşqayların himayəsi altında öz varlığını sürdürə bilən etnoslar, o cümlədəb lorlar son illər irqçi fars-molla rejimin himayəsi altında Qaşqay türklərinə qarşı hücumlara keçib və onlarla düşmənçilik edirlər.





