Site icon Aznews TV

Qaşqay türkləri kütləvi etirazlara çağırış edib

Qaşqay fəallar Fars, İsfahan, Xuzistan, Buşehr, Kohgiluyə və Böyirəhməd əyalətlərində yaşayan qaşqay türklərini İranda yaşayan başqa xalqlarla birlikdə Tehran diktaturasına qarşı etiraz etməyə səsləyiblər.

“İranda yaşayan başqa xalqlarla birlikdə molla rejiminə qarşı çıxmağa çağırış” məzmunlu poster və bildirişlər yayan qaşqaylar  Təbriz, Urmu və Ərdəbillə həmrəy olduqlarını bildiriblər.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars, Xuzistan və Buşehr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

Saylarının ortalama 3 milyon olduğu bildirilən qaşqayların bir qismi yüksək dağlıq ərazilərdə yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

Exit mobile version