Dünyaİran

“Qatar Eyrveys” İranın bir sıra şəhərlərinə uçuşları dayandırır

“Qatar Eyrveys” İranın bir sıra şəhərlərinə uçuşları dayandırır.

Bu haqda məlumat “Qatar Eyrveys”in rəsmi saytı yayıb.

Məlumata görə, uçuşların məhdudlaşdırılmasının səbəbi İranda yayılan koronavirusdur.

Rəsmi açıqlamada sözügedən aviaşrkətin Cənubi Koreyaya olan uçuşlara da daha kiçik təyyarələr ayırdığı haqda məlumat da yer alıb.

“Qatar Eyrveys” həmçinin Cənubi Koreya və İrandan Dohaya gələn sərnişinlərə iki həftə boyunca karantin tətbiq edilməsini tövsiyə edib.

Son məlumatlara görə, İranda koronavirus infeksiyası 95 nəfərdə aşkar olunub, 15 nəfər dünyasını dəyişib. Cənubi Koreyada yoluxanların ümumi sayı 1146-ya yüksəlib, 11 nəfər isə dünyasını dəyişib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close