Cəmiyyətİran

Qeydiyyat idarəsinin 27 işçisi həbs olundu

İranın Əmlak idarəsi korrupsiyaya qarşı mübarizə siyasəti çərçivəsində 27 nəfər işçinin həbs olunduğunu bildirib.

Məlumata görə, korrupsiyaya qarşı siyasət çərçivəsində Tehranın Əmlak İdarəsinin Qolhək bölməsindən 27, Piruzi bölməsindən 4, icrayi bölmədən isə 2 nəfər işçi həbs olunub. Sitad bölməsindən və şirkətlərin əmlak idarəsi, həmçinin, qeyri-ticari müəssisələrdən 5 nəfər, idarənin fənni bölməsindən isə bir nəfər məhkəməyə təhvil verilib.

Bu arada idarələrdə dəllallıq və işə düzəldənlərin də həbsindən xəbəri verilib.

Qeyd edək ki, bu siyasətin Əmlak idarələrində korrupsiyanın kökü kəsilənə dək davam edəcəyi bildirilir

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close