Site icon Aznews TV

Qırğızıstan Prezidenti KTMT-nin bugünkü sammitində iştirak etməyəcək

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu gün videoformatda keçiriləcək sammitində iştirak etməyəcək.

“Aznews tv” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Buna səbəb kimi S.Japarovun qısamüddətli məzuniyyətə çıxması göstərilib.

Sammitdə Qırğızıstan Prezidentini ölkənin Baş naziri Akılbek Japarov əvəzləyəcək.

Qeyd edək ki, bu gün KTMT-nin üzv ölkələrin liderləri Qazaxıstandakı mövcud vəziyyəti müzakirə etmək məqsədilə videokonfrans vasitəsilə  toplantı keçirəcəklər .

Exit mobile version