İran

Panamada saxta sənədlə 10 iranlı saxlanıb

Mərkəzi Amerikada yerləşən Panamanın Milli İmmiqrasiya İdarəsi saxta sənədlə bu ölkəyə gələn 10 İran vətəndaşının tutulduğunu bildirib.

Mərkəzi Amerikada yerləşən Panamanın Milli İmmiqrasiya İdarəsi saxta sənədlə bu ölkəyə gələn 10 İran vətəndaşının tutulduğunu bildirib.

“Aznews tv” xəbər verir ki, bu barədə “IranWire” xəbər ajansı məlumat yayıb.

Panama dövlət rəsmilərinin bildirdiyinə görə, üzərlərində Almaniyanın saxta yaşayış icazələri olan 10 iranlı Panamadakı Tocumen Beynəlxalq Hava Limanında saxlanılıblar.

Əldə olunan məlumata görə, sözügedən İran vətəndaşları Venezueladan Panamaya gediblər və tutuldıqdan sonra aid olduqları ölkəyə geri qaytarılıblar. Lakin, Panama rəsmiləri sözügedən iranlıların aid olduqları ölkənin İran yaxud Venezuela olduğunu açıqlamır.

Qeyd edək ki, İran rejiminin ölkədəki basqı və təzyiqləri beyin axınına səbəb olub. Bu da təbii olaraq öz-özlüyündə vətəndaşların digər ölkələrdə rahat sənəd ala bilməmələri və bundan qaynaqlanan çətinliklərə zəmin yaradır.

Related Articles

Bir cavab yazın

Back to top button