Site icon Aznews TV

Qoşaçayda tarixi əsərlər aşkar edilərək götürülüb

Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərinin Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin başçısı Fatimə Əlizadənin mediaya verdiyi açıqlamasına görə, tarixi əsər qaçaqmalçısı saxlanılıb və ondan tarixi əşyalar götürülüb.

Məlumatda Mədəni İrs, Turizm və Əl İşləri İdarəsinin mühafizə bölməsinin əməkdaşlarının bölgə kəndlərindən birində keçiridikləri əməliyyat zamanı tarixi əhəmiyyətli 4 ədəd keramik qabın götürüldüyü bildirilib.

Əlizadə dəmir dövrü və islamın ilk illərinə aid olan tarixi əsərlərin dəyərləndirilməsi üçün əlaqədar qurumlara təhvil verildiyini, saxlanılan şəxsin barəsində cinayət işi açıldığını deyib.

Qeyd edək ki, Qoşaçayda Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi tərəfindən rəsmi qeydə alınan 100 tarixi yer mövcuddur və onlardan 48-i İranın milli əsərləri siyahısında qeydiyyata alınıb.

Exit mobile version