
Qoşaçayda (Miyandab) baş verən yanğın nəticəsində dağlıq ərazidə olan 40 hektar otlaq sahəsi yanıb.
Aznewstv.tv xəbər verir ki, bu barədə Qoşaçayın yanğın söndürən təşkilatının baş direktoru Əli Mulayi məlumat yayıb.
Məlumata görə, yanğın Qoşaçayın Qoruqçu kəndi yaxınlığında çərşənbə axşamı günü axşam saatlarında baş verib. 2 saat davam edən yanğın, nəhayət, yerli əhali və Qoşaçayın yanğınsöndürən qüvvələrinin köməyi ilə söndürülüb.
Yanğının başvermə səbəbi bir çobanın ehtiyatsızlığı və od yandırılması ilə əlaqələndirilir.