Site icon Aznews TV

Quterreş: İran müəmmalı davranır

Bu sözləri BMT Baş katibi Antonio Quterreş CNN-ə müsahibəsində deyib.

O, həmçinin, İranı Livan Hizbullahını İsraillə münaqişəyə müdaxilə etməkdən çəkindirməyə çağırdığını bildirib:

“İrandan iki şey istədim: birincisi, girovları dərhal və qeyd-şərtsiz azad etməsi üçün HƏMAS-a təzyiq etmək, ikincisi, Hizbullaha bu münaqişəni Livanı tamamilə alt-üst edəcək bir vəziyyətə gətirməmək”.

Quterreş münaqişənin İordan çayının qərb sahilinə və Livana yayılması təhlükəsindən narahatlığını ifadə edib. Onun sözlərinə görə, İsrailə qarşı genişmiqyaslı hücumundan Hizbullah sağ çıxa bilməyəcək.

Qutteres İranın onun tələblərinə necə cavab verdiyini qiymətləndirməkdə çətinlik çəkib:

“Bilmirəm. Onlar həmişə baş verənlərlə heç bir əlaqəsi olmadığını deyirlər, lakin açıq şəkildə münaqişənin genişlənməsi riskindən danışırlar. Bu, həmişə çox müəmmalı olur”.

Exit mobile version