Cəmiyyətİran

Quzulu kəndindəki marketin 150 açarı var

Məlikanın Quzulu kəndində yerləşən bir marketin 150 açarı var.

Aznews.tv xəbər verir ki, bu barədə İran Xəbər Agentlikləri məlumat yayıb. Belə ki, bir neçə il ərzində dəfələrlə müxtəlif müxbirlər məsələni araşdırmaq üçün kəndə baş çəkib, əhali ilə yaxından tanış olublar. Marketin sahibi Hüseyn Lütfi obyektinin 150 açarı olması məsələsinə aydınlıq gətirib:

«Mən market kənarında əkinçilik işi ilə də məşğul olduğum üçün hər gün marketdə ola bilmirəm. Əhali istədiyi ərzağı almaqda çətinlik çəkməsin deyə 100 evə 150 açar vermişəm. Mən olmadığım halda hər kəs özü marketi açıb istədiyi ərzaq məhsullarını götürərək pulunu daxıla qoyurlar. Əgər pulu olmasa, yaddaş dəftərinə yazır, hətta bəzən birinə pul ehtiyac olsa daxildan pul götürüb, onu da yaddaş dəftərinə yazırlar».

Qeyd edək ki, bu zamana qədər burada oğurluq olmayıb. Kənd əhalisinin düzlük və hörmətli olmaqları ilə tanınır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button