Cəmiyyətİran

Quzusunu xilas etmək istəyən uşaq hovuzda boğuldu

10 yaşlı uşaq su hovuzunda boğularaq ölüb.

Aznews.tv xəbər verir ki, bu barədə Miyana şəhərinin polis idarəsinin rəisi, sərhəng Ramazan Allahverdiyan məlumat yayıb.

Məlumata görə, hadisə Miyananın Xanqah kəndi ətrafinda kənd təsərrüfatı üçün hazırlanılan su hovuzunda baş verib.

Allahverdiyan bildirib ki, 10 yaşlı uşaq quzunun hovuza düşdüyünü görüncə onu xilas etmək istəyib, lakin özü hovuzda boğularaq ölüb.

Bu xəbərdə diqqət çəkən iki önəmli məsələ var. Birinci məsələ ondan ibarətdir ki, uşaq öz həyatını quzuya görə təhlükəyə atıb, nəticədə canından olub.

Son zamanlar İran sanksiyalara məruz qaldığı və iqtisadi korrupsiya səbəbindən ölkədə işləyən uşaqların sayında, həmçinin oğurluq və cinsi fisadlarda ciddi şəkildə artım müşahidə edilir.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close