Cəmiyyətİran

Azərbaycanlı şair və yazıçı Ərdəbil həbsxanasına köçürüldü

Şair və yazıçı Rəhim Qulami həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına köçürülüb. Rəhim Qulaminin bir il həbs qərarı sentyabrın 7-də Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
“Harana” saytının məlumatına görə, sentyabrın 17-də Ərdəbil sakini olan şair və yazıçı Rəhim Qulami həbs cəzasını çəkmək üçün Ərdəbil həbsxanasına göndərilib.
avqusun 27-i Rəhim Qulaminin apelyasiya şikayətinə baxılıb və sentyabrın 7-i ilkin instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılaraq ona bildirilib.
Qərarda göstərilir ki, “iş üzrə toplanan materiallara, o cümlədən Ərdəbil vilayətinin Təhlükəsizlik İdarəsinin məlumatı, müttəhimin nitqinin stenoqramı və CD-dəki ifadələrinin doğruluğunu təsdiqləyən müdafiəsi”nə əsaslanaraq, onun etirazı rədd edilib vəilkin instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılır.
Rəhim Qulamiyə qarşı ittihamlara baxılması üçün keçirilən məhkəmə iclası iyunun 3-də keçirilib. İlkin instansiya məhkəməsidə o “GAMAC təşkilatına üzv olmaq”, “ali dini lideri təhqir etmək” və “yığıncaqlarda və virtual məkanda yalan məlumatlar yayaraq dövlətə qarşı təbliğat” ittihamları ilə bir il həbs cəzasına məhkum edilmişdi.
Qeyd edək ki, Rəhim Qulami bu il martın 3-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və Ərdəbil Ümumi və İnqilab Məhkəməsinin Xüsusi İstintaq şöbəsində hakim Nonəhalın sədrliyi ilə keçirilən iclasda ona qarşı “dövlətə qarşı təbliğat” və “ali dini liderini təhqir etmək” ittihamı elan edilib. O avqustun 30-da təxminən iki aydan sonra girov müqabilində və istintaq başa çatanadək Ərdəbil həbsxanasından azad edilib.
Xatırladaq ki, Rəhim Qulaminin müəllifi olduğu “Folklorumuzdan bir yarpaq”, “Folklor nağılları” kitabları 2014-2017-ci illərdə “Yaylıq” nəşriyyatı tərəfindən çap edilib.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button