Site icon Aznews TV

“Rəsmilər başqalarının əvəzinə İranın öz xalqını düşünsünlər” – Moləvi Əbdülhəmid

“Xalqa ciddi diqqət ayırmaq və millətin harayına yetişmək dövlətin və sistemin məsuliyyətidir. Xalq dolana bilmək üçün normadan artıq işləyir və ikinci peşəyə üz tuturlar.

Lakin gündən- günə artan inflyasiya səbəbindən gündəlik yaşam xərclərini belə, çatdıra bilmirlər.

Ölkə sərvətlidir. Lakin indi kasıb vəziyyətə düşüb. Bunun səbəbi İranın valyutasının dəyərdən düşməsidir” – Moləvi Əbdülhəmid bildirib.

Sünni lider xütbələrində, həmçinin iqtisadiyyatın sahmana salınmasının asan olduğunu deyərək vurğulayıb:

“Daxili və xarici siyasət xalqın xeyrinə dəyişməli və milli maraqlara yenidən baxılmalıdır. Siyasət dəyişilməsə, problemlər gündən-günə artıb kəskinləşəcək.”

Exit mobile version