Site icon Aznews TV

Rəsulzadənin real görüntülərinin yer aldığı film yayımlanacaq

Azərbaycan Televiziyonu Qafqaz İslam Ordusunun Bakı qələbəsi ilə bağlı sənədli film yayımlayacaq. Bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə ilgilər şöbəsindən məlumat verilib. Bildirilib ki, “Qafqaz İslam Ordusu” adlı sənədli film septambrın 14-ü saat 21:30-da yayımlanacaq.
Filmdə “Qafqaz İslam Ordusu”nda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin də gerçək görüntüləri yer alıb. Bu görüntülər ilk dəfə AzTV-nin “Tarixin izi ilə” verilişində yayımlanıb.
Sənədli filmi AzTV-nin ictimai-siyasi proqramlar dəftərinin “Tarix” şöbəsi hazırlayıb.
“Qafqaz İslam Ordusu”nun senariyo yazarı Mahir Qəribov, yönətməni Mehparə Nəcəfova, tərh rəhbəri isə Sərvər Bayramovdur.

Exit mobile version