Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın baş müdiri Rafael Qrossi başçılıq etdiyi qurumun İranın atom proqramını kontrolda saxlaya biləcəyinə inandığını açıqlayıb. Ajans rəsmisinin sözlərinə görə, atom anlaşması İranın indiki çağırışlarına cavab vermir. Açıqlamaya əsasən,
beynəlmiləl camiə Tehranla yeni bir anlaşma əldə etməlidir. Rafael Qrossi bildirib ki, İran bir sıra maddələr ürətib və bu maddələrdən bəzi məhsullar hazırlayıb. Maddələr satıldığı və ya sadir olunduğu halda isə bu məsələyə nəzarət ajansın öhdəliyindədir.
Qeyd edək ki, İranda atom böhranı 2003-cü ildən etibarən başlayıb. Bu proseslər 2015-ci ildə atom anlaşmasının imzalanması ilə sonuclanıb. Amerika isə 2018-ci ildə keçmiş prezident Donald Trampın göstərişi ilə “BƏRCAM” anlaşmasından çıxıb. Bununla da Ameirka İrana qarşı sərt təhrimlər tətbiq etməyə başlayıb. İran isə öz növbəsində Amerikanın anlaşmadan çıxmasını əsas gətirərək, atom öhdəliklərini yerinə yetirməkdən imtina edir.
Rafael Qrossi atom proqramı ilə bağlı son vəziyyəti açıqlayıb

In this Monday, Sept. 16, 2019 file photo, Rafael Mariano Grossi, who has been chosen as the new head of the International Atomic Energy Agency, IAEA, attends a news conference at the International Center in Vienna, Austria. The International Atomic Energy Agency’s board of governors selected Grossi as its new director general succeeding the late Yukiya Aman. (AP Photo/Ronald Zak)