Cəmiyyətİran

Rayon qeydiyyatlı avtomobillərin Tehrana girişi qadağa edildi

Tehran şəhərinə daxil olan avtomobillərin nömrəsi rayon qeydiyyatı olarsa, yaşayış yerlərinə geri qaytarılacaqlar.

Bu sözləri Tehran Polis İdarəsinin rəis müavini palkovnik Məhmudvənd deyib.

Korona ilə Mübarizə Qərargahının icra təlimatlarına əsasən, Tehranın Yol Polisi ətrafında 3 nöqtədə məhdudiyyət və qadağalar icra olunacaq: Tehran-Qum yeni yolu (giriş və çıxış), Tehran-Şimal yolu (çıxış), Tehran-Qum Köhnə Yolunda məhdudiyyətlər tətbiq ediləcək. Bütün əməkdaşlar gün ərzində bu üç nöqtədə 24 saat nəzarət edəcəklər:

“Rayon qeydiyyatı nömrəli maşınların Tehrana daxil olmaları qadağandır. İcra təlimatlarına əsasən, Tehran şəhərinə girmək niyyətində olan rayon qeydiyyatı nömrəli avtomobillər şəhərlərinə geri qaytarılacaq. Eləcə də Tehrandan çıxmaq istəyən Tehran qeydiyyatlı avtomobillərə də çıxış izni verilməyəcək və Tehrana qaytarılacaq. Polisin bu qərarına qarşı çıxan sürücülərin maşınları koronaya qarşı mübarizə qərargahının icra təlimatlarına uyğun olaraq bir ay müddətində dayanacaqdır”.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close