İran

Respublikaçı senatorlar Co Baydendən İbrahim Rəisiyə viza verməməyi istəyiblər

Avqustun 2-də Amerika prezidenti Co Baydenə göndərdikləri məktubda yeddi respublikaçı senator ondan İbrahim Rəisinin Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün viza tələbinə qarşı çıxmasını istəyiblər.

Senatorlar məktublarında qeyd ediblər ki, İbrahim Rəisinin 1988-ci ildə siyasi məhbuslara qarşı həyata keçirilən kütləvi qətllərdə əli olduğu və İran hökuməti Amerika torpaqlarında Amerika rəsmilərinə sui-qəsd kampaniyasına başladığı üçün Rəisi və onun əlaltılarının Amerikaya daxil olmasına icazə vermək milli təhlükəsizliyə təhdiddir.

“Əgər son xəbərlər doğrudursa, Rəisi Baş Assambleyanın iclasında iştirak etmək niyyətindədir və Ağ Ev Rəisi və başqa İran rəsmiləri üçün viza müraciətini rədd etməlidir”-deyə, məktubda yazılıb.

Onlar İbrahim Rəisinin ölkə daxilində etirazçılara qarşı sərt tədbirlər gördüyü bir vaxtda, terrorçu təşkilatlar siyahısında olan SEPAH-ın Amerikanın keçmiş və indiki dövlət adamlarına qarşı terror törətmək planları hazırladığını bildiriblər.

Qeyd edək ki, İran hökumətinin sözçüsü Əli Bahaduri avqustun 2-də verdiyi açıqlamada  İbrahim Rəisinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirak edəcəyini deyib.

Səfər baş tutarsa bu İbrahim Rəisinin Nyu-Yorka Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ilk iştirakı olacaq.

Related Articles

Bir cavab yazın

Back to top button