Site icon Aznews TV

Respublikaçılar 6 milyard dolların İrana çatmasının qarşısını almağı planlaşdırırlar

Kotton bu planı HƏMAS-nin İsrailə hücumuna cavab olaraq təqdim edib və hesab edir ki, bu pulların buraxılması İsrailə hücumları maliyyələşdirmək üçün digər resursları azad edib.

Amerika hökuməti həmin hesabdan bir dolların belə xərclənmədiyini vurğulayıb.

Söhbət avqust ayında Bayden administrasiyası tərəfindən həbsdə olan 5 amerikalı müqabilində teokratik rejimə 6 milyard dollarlıq dondurulmuş İran aktivlərinin verilməsindən gedir.

Eyni zamanda ABŞ-nin nüfuzlu konqresmeni, respublikaçı Makkoul bu razılaşmanı ələ salaraq, İranın bu vəsaitləri “terror əməliyyatlarını və nüvə proqramını dəstəkləmək üçün” xərcləyəcəyini söyləmişdi.

#İran

Exit mobile version