Muğan şəhərində yaşayan milli-mədəni fəal Riza Seyid Nuri 18 milyon rial məbləğində cərimə ödəməyə məhkum edilib. Bu barədə Ərdəbil Təcdidnəzər Məhkəməsinin 1 saylı şöbəsi tərəfindən qərar çıxarılıb. İrəli sürülən iddianaməyə əsasən, fəal “Xomeynini aşağılamaq” və “rəhbəri təhqir etmək” ittihamlarından bəraət qazanıb. Ancaq Nurinin “rejimə qarşı təbliğat” ittihamı ilə aldığı 3 aylıq həbs cəzası 18 milyon rial məbləğində cərimə ilə əvəzlənib. Hökm İslam Cəza Qanununun 500-cü maddəsinə istinadən çıxarılıb. Bildirək ki, Riza Seyid Nuri 2020-ci il 18 oktobrda Norduz gömrüyünün bağlanması tələbi ilə keçirilən mitinqdə iştirak etdiyi üçün tutuqlanıb. Bir gün sonra 70 milyon tümən girov qarşılığında araşdırma başa çatanadək müvəqqəti azad edilib.
Rıza Seyid Nuri cərimə cəzasına məhkum edilib
