Site icon Aznews TV

Ruhani: İran Hörmüz boğazında nizamsızlığa imkan verməyəcək

İran Hörmüz boğazında və Fars körfəzində nizamsızlığa imkan verməyəcək, lakin hərbi qarşıdurma və ya gərginlik yaratmaq niyyətində deyil.

Aznews.tv xəbər verir ki, bu haqda İranın prezidenti Həsən Ruhani bəyan edib.

Daha əvvəl isə ABŞ-ın dövlət katibi Mayk pompeo Vaşinqtonun Oman və Fars körfəzlərini birləşdirən Hörmüz boğazını nəzarət etmək üçün koalisiya formalaşdırdığını açıqlayıb.

Qeyd etmək lazımdır ki, son dönəmlərdə burada vəziyyətin xeyli gərginləşdiyi müşahidə olunur.

“Biz heç kimə Fars körfəzində və Hörmüz boğazında nizamsızlıq törətməyə icazə verməyəcəyik”, – deyə Ruhani bildirib.

Onun sözlərinə görə, Hörmüz boğazı zarafat və “beynəlxalq normalarla oynamaq” yeri deyil.

Britaniya gəmisinin saxlanmasına toxunan Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunun bunu yüksək peşəkarlıqla etdiyini deyib.

Aznews.tv

Exit mobile version