İranSiyasət

İran prezidentinin çıxışı ilə eyni vaxtda bir qrup tələbə etiraz aksiyası keçirdi

Aznews.tv “Azadlıq radiosu”na istinadən xəbər verir ki, oktyabrın 16-da bir qrup Tələbə Həmkarlar İttifaqı fəalı İran Prezidenti Həsən Ruhaninin Tehran Universitetində çıxışı zamanı etiraz aksiyası keçirib.

Bir sıra tələbələrin ümumilikdə 100 il həbs cəzasına məhkum edilməsi, universitetlərdə ödənişli təhsilin artması və ədalətsiz qanunların olması etiraz aksiyasında irəli sürülən əsas tələblərdən olub.

Etiraz aksiyası ilə eyni vaxtda, təhsil haqqından məhrum edilmiş tələbə və Tehran Universitetinin Mərkəzi Tələbə Həmkarlar Şurasının keçmiş katibi Səha Murtəzayinin Tehran Universitetinin Mərkəzi Kitabxanası qarşısında etirazı davam edib.

Həsən Ruhani 2013-cü il seçki kampaniyası zamanı təhsildən məhrum olan tələbələrin universitetə qaytaracaqlarına və universitetlərdə “təhlükəsizlik qurumlarının nəzarət mühiti”nin aradan qaldırılmasına söz vermişdi.

Bununla belə, müxtəlif tələbə qrupları son illərdə universitetlərdə dəfələrlə mühitin “təhlükəsizlik qurumlarının nəzarətində olması”na və tələbələrin “kateqoriyalara bölünməsi”nə dəfələrlə etirazlarını bildiriblər.

 

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button