İranSağlıq & Yaşam

Ruhaninin planı icra edilmir – Qəssabi

Ruhaninin dövlətinin koronaya qarşı insanların yoxlanılması layihəsinin yalan olduğu müəyyənləşib.

Məlumata görə, Ruhani rejimi ələmə layihəsinin icrası Güney Azərbaycanın bölgələrinin çoxunda, o cümlədən, Azərşəhr və Gövganda dayanıb. Məsul şəxslər yerlərində deyil.

Gövgan və Azərşəhr şəhərlərinin İslami Şurasının sədri Sadıq Qəssabi mövzu ilə bağlı danışarkən prezident Ruhaninin bir neçə gün əvvəl bütün dövlət rəsmilərinin Novruz tətillərində koronaya qarşı fəaliyyətlərinin davam etdiriləcəyini əminliklə bildirdiyini deyib.

“Amma ölkənin belə bir çətin zamanında məsul şəxslərin iş başında olmamaları buna dəlalət edir ki, aşağı vəzifəli dövlət rəsmiləri, hələ də vəziyyətin ciddiliyini, durumun ağırlığını başa düşməyiblər. Şərqi Azərbaycan əyalətinin səhiyyə rəsmilərinin Azərşəhr şəhristanında və Gövgan bölgəsində koronavirusunun geniş yayıldığı barədə ciddi xəbərdalıqlarına baxmayaraq, Gövgan şəhərinin girişində virusa qarşı dünən səhərdən başlanmış ələmə layihəsi, bu işin icrasına lazımi ixtisaslaşmış cihaz və vasitələrin əvvəlcədən müəyyənləşdirilmədiyi və təmin olunmadığına görə bir neçə saat sonra dayandırılıb. Gövgan bölgəsində ələmə layihəsi üzrə məsul və bölgə üzrə icra başçısı layihənin icra ediləcəyi yerlərdə iştirak etmir. Hətta onunla telefon bağlantısı nadir hallarda mümkün olur. Nəhayət ki, dünən axşam və bu gün səhər onunla telefonla əlaqə saxlamağa müvəffəq olmuşam. Ona durumun çox kəskin olduğunu bildirmişəm. Şəhərin girişində ələmə və qızdırmanı ölçmə əməliyyatının zəruriliyini vurğulamışam. Bu bağlantıdan sonra da əməliyyatın yenidən başlanması üzrə heç bir ciddi addım atılmayıb. Əhalinin sağlamlığı məsul şəxslərin laqeydliyi üzündən təhlükəyə düşməməlidir”.

O əlavə edib ki, dövlət rəsmilərinin biganəliyinə baxmayaraq bələdiyyə koronaya qarşı bütün təlimatlara uyğun  lazımi addımları gündəmdə saxlayaraq təyin edilmiş cihazları təmin edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close