Cəmiyyətİran

Ruhullah Əhmədinejad azadlığa buraxıldı

Güney azərbaycanlı milli-mədəni fəal Ruhullah Əhmədinejad həbsindən 32 gün sonra azadlığa buraxılıb.

Aznews.tv xəbər verir ki, fəalın müvəqqəti olaraq azadlığa çıxması qarşılığında 150 milyon dəyərində girov qoyulub.

Əhmədinejad 1398-ci il tir ayının 11-də ETTELAAT qüvvələri tərəfindən saxlanılıb. Daha sonra təhlükəsizlik qüvvələri fəalın qardaşının evinə hücum edərək Əhmədinejadın şəxsi əşyalarını, o cümlədən kitab, kompüter və s. əşyalarını müsadirə ediblər.

O, bir ay ETTELAAT tərəfindən naməlum yerdə saxlanılıb. Milli fəalımız İranın Təbrizdə olan məhkəməsinin 1-ci şöbəsində “Ölkənin ziddiyyətli cəmiyyətlərinə üzv olmaq”da ittiham edilib. Həbsdə olduğu müddətdə ailəsi ilə cəmi 1 dəqiqə danışa bilib. Fəalın ailəsi onunla bağlı mətbuata məlumat verməməsi isə bir çox təzyiqlərə məruz qalıb.

Related Articles

Bir cavab yazın

Back to top button