Site icon Aznews TV

“Rus ordusu Belqorodda partizanlarla döyüşüb”- Britaniya kəşfiyyatı

Rusiya öz sərhəd rayonlarında aviasiya vasitələrinin itirilməsi, dəmir yollarına partlayıcılarla hücumlar və indi partizan hücumu olmaqla çoxsaylı ciddi təhdidlərlə üzləşir.

APA xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub.

Bildirilib ki, Rusiya Belqorodda baş verən insidentlərdən özünün müharibənin qurbanı olmasına dair rəsmi mövqeyini dəstəkləmək üçün istifadə edəcək.

Məlumatda qeyd edilib ki, 19-22 may tarixlərində Rusiya təhlükəsizlik qüvvələri Rusiyanın Belqorod vilayətində azı üç nöqtədə partizanlarla döyüşüb.

“Partizanların kimliyi təsdiqlənməmiş qalır, lakin Rusiyanın rejim əleyhinə qüvvələri məsuliyyəti öz üzərilərinə götürüblər”, – deyə məlumatda qeyd olunub.

Vurğulanıb ki, ən ciddi insident Qrayvoran şəhəri yaxınlığında baş verib.

Qeyd olunub ki, bir sıra kəndləri təxliyə edən Rusiya əraziyə əlavə təhlükəsizlik qüvvələri cəlb edib.

Exit mobile version