Site icon Aznews TV

Rusiya “Crocus” terrorunun araşdırılması üçün üç ölkəyə müraciət edib

“ANT”  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Üç xarici dövlətin səlahiyyətli orqanlarına hüquqi yardım göstərilməsi ilə bağlı 8 sorğu göndərilib, cinayətin bütün hallarının müəyyən edilməsi istiqamətində digər istintaq və prosessual addımlar həyata keçirilib”, – məlumatda deyilir.

O da qeyd olunur ki, iş üzrə 1,7 mindən çox şəxs zərərçəkmiş kimi tanınaraq dindirilib, 800-dən çox şəxs isə şahid qismində dindirilib. 20-dən çox axtarış aparılıb, hadisə yerinə 65-dən çox baxış keçirilib, 650-dən çox müxtəlif məhkəmə-tibbi ekspertiza təyin edilib.

Exit mobile version