Site icon Aznews TV

Rusiya Dövlət Dumasının sədri bu gün Bakıya səfər edəcək

Vyaçeslav Volodin Azərbaycan Parlamentinin sədri Sahibə Qafarova ilə görüşəcək.

Bundan əvvəl Qafarova ilə telefon danışığında Volodin Bakıya sentyabrın ortalarına planlaşdırılan səfəri barədə məlumat vermişdir.

Səfərin əsas məqsədi Rusiya-Azərbaycan münasibətlərinin cari gündəliyinin bütün məsələləri üzrə fikir mübadiləsi aparmaqdır.

Dövlət Dumasının sədri sonuncu dəfə 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.

Bundan əlavə, 23 sentyabr 2020-ci ildə Volodin Moskvada Qafarova ilə görüşüb.

Exit mobile version